SOCAR-ın Qaz Emalı Zavodunun rəhbərliyi dəyişdirilib

14:32 - 11.03.2025


11 mart, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunun direktoru dəyişib.

ABC.AZ xəbər verir ki, Sinan Girgin zavodun rəsmən direktor vəzifəsinə təyin edilib.

Buna qədər bu vəzifədə Aqşin Paşayev Şəmşəd oğlu idi.

Aqşin Paşayev Zavod yarandığı gündən – 2009-cu ildən bu tərəfə bu zavodun direktoru vəzifəsində çalışıb.

Sinan Girgin isə 2023-cü ildən bu zavodda rəhbərlikdə çalışırdı. Bundan öncə Türkiyənin “Tüpraş” və “Akyak Ticaret A.Ş.” kimi şirkətlərində çalışıb.