17:13 - 27.02.2025
27 fevral, Fineko/abc.az. Azərbaycanda Rusiyada qeydiyyata alınan “Crocus Group”un 3 törəmə şirkəti ləğv edilir. ABC.AZ xəbər verir ki, ləğv edilən şirkətlər “Krokus Azərbaycan” MMC, “Crocus İnteriors” MMC və “Crocus Audit” MMC-dir.
“Crocus İnteriors” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 60 manatdır və qanuni təmsilçisi Cəmilə Ağalarovadır.
2007-ci ildə dövlət qeydiyyatına alınan “Krokus Azərbaycan” MMC 50 manat nizamnamə kapitalına malikdir. Bu şirkətin də qanuni təmsilçisi Cəmilə Ağalarovadır.
500 manat nizamnamə kapitalı olan “Crocus Audit” MMC isə 2015-ci ildə yaradılıb, qanuni təmsilçisi Nurlan Orucovdur.
Onu da bildirək ki, “Crocus Group” azərbaycanlı iş adamı Araz Ağalarov və onun oğlu müğənni Eminə məxsusdur.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026