Avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları artıb, ya azalıb?

15:16 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Azərbaycanda avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarının həcmi son dörd ildə təxminən 5 dəfə artıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata əsasən, 2020-ci ildə daşınan tranzit yüklərin həcmi 1,5 milyon ton, 2024-cü ildə isə 7,2 milyon ton təşkil edib.

Məlumata görə, 2021-ci ildə avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarının həcmi 2,1 milyon ton olub. Bu isə 1 il əvvəlki göstərici ilə müqayisədə 41 % çox olub. 2022-ci ildə 4,1 milyon ton (+95 %), 2023-cü ildə 6,4 milyon ton (+ 54 %) avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları həyata keçirilib.

Ötən il bu göstərici 7,2 milyon ton olub. Bu isə 2023-cü illə (6,4 milyon ton) müqayisədə 13 %-lik artım deməkdir.