17:21 - 25.02.2025
25 fevral, Fineko/abc.az. “QatarEnergy” və “Guangzhou Guanggang Gases & Energy Co. Ltd” (G-gas) heliumun uzunmüddətli alqı-satqı müqaviləsini (SPA) imzalayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə “QatarEnergy” mətbuat xidməti məlumat yayıb.
Heliumun çatdırılma həcmi Qətərdən ÇXR-ə 100 milyon fut3/ildə, müqavilənin müddəti 20 ildir.
Helium Ras Laffan-da yerləşən Qətər helium zavodlarından tədarük olunacaq.
SPA-nın imzalanma mərasimi QatarEnergy-nin qərargahında Qətərin dövlət energetika naziri və QatarEnergy-nin rəhbəri S. Əl-Kəbinin, həmçinin G-gas və QatarEnergy-nin yüksək səviyyəli rəhbərlərinin iştirakı ilə baş tutub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026