14:54 - 25.02.2025
25 fevral, Fineko/abc.az. Peyk təsvirləri və ənənəvi qiymətləndirmə metodları əsasında Azərbaycan üzrə geniş ərazilərdə məhsuldarlıq proqnozlaşdırıla bilər.
ABC.AZ xəbər verir ki, bunu Kosmik Agentliyin (“Azərkosmos”) Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.
"Bunun üçün müxtəlif bitki və vegetasiya indeksləri hesablanır və çöl müşahidələri ilə birlikdə modelləşdirilir ki, nəticədə daha dəqiq məhsuldarlıq göstəriciləri əldə olunsun", - İ. Baxışov qeyd edib.
Onun sözlərinə görə, kosmik texnologiyalar dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da aqrar sektorda geniş tətbiq olunur: "Xüsusilə orta orbitdə yerləşən iqlim peykləri vasitəsilə əldə edilən məlumatlar daha dəqiq hava proqnozlarının hazırlanmasına imkan yaradır ki, bu da açıq sahələrdə fəaliyyət göstərən aqrar sektor üçün mühüm əhəmiyyət daşıyır. (Report)
4 Avqust 2026
4 Avqust 2026