10:55 - 25.02.2025
25 fevral, Fineko/abc.az. “Apple” korporasiyası “Apple Intelligence” süni intellekt xidmətini dəstəkləmək üçün Texasda server istehsalı zavodu açacaq.
ABC.AZ xəbər verir ki, 2026-cı ildə açılması planlaşdırılan yeni fabrik ABŞ iqtisadiyyatına qarşıdakı dörd il ərzində planlaşdırılan 500 milyard dollarlıq investisiyanın bir hissəsi olacaq.
Bu müddət ərzində şirkət ölkə üzrə 20 minə yaxın iş yeri yaradacaq.
Şirkətin sərmayəsi süni intellektin, silisium mühəndisliyinin inkişafına, eləcə də bütün ölkə üzrə tələbələrin və işçilərin bacarıqlarının artırılmasına yönəlmiş geniş spektrli təşəbbüsləri dəstəkləyəcək, bəyanatda deyilir. Xüsusilə, “Apple” Amerika istehsalçılarının gələcək nəslini hazırlamaq üçün Miçiqanda akademiya yaradacaq və ölkədə tədqiqat və inkişafa investisiyaları artıracaq.
Açıqlamada deyilir ki, “Apple” hazırda ölkə daxilində 2.9 milyondan çox iş yeri təmin edir. Şirkətdən bildirilib ki, yeni istehsal kompleksinin açılışı minlərlə daha çox iş yerinin yaradılmasına imkan verəcək.
4 Avqust 2026
4 Avqust 2026