16:49 - 24.02.2025
24 fevral, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 37,6 milyon manat vəsait daxil olub ki, bu da 2023-cü illə müqayisədə isə 20,1 % çoxdur.
ABC.AZ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, illk daxilolmaların 7,3 milyon manatı qeyri-yaşayış sahələrinin, 30,3 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib.
Hesabat dövründə 4 099 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da illik müqayisədə 15 % çoxdur. İcarə müqavilələrinin 646-sı qeyri-yaşayış sahələrinə, 3 453-ü isə torpaq sahələrinə aid olub.