“Volkswagen” bir ayda cəmi 9 avtomobil sata bilib

17:28 - 20.02.2025


20 fevral, Fineko/abc.az. “Volkswagen” keçən ay Çində ID.7 adlı tam elektrik sedandan cəmi 9 ədəd sata bilib.

ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99,6% azalma deməkdir.

“Volkswagen”in Çində ümumi elektromobil satışları eyni dövrdə 71% azalaraq 15,828 ədəddən 4,552 ədədə enib.

Şirkətin Çində ən çox satılan elektromobili olan ID.3 hetçbek 2025-ci ilin yanvar ayında 2 min 623 ədəd satılıb.

Lakin hətta bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,5% azdır.