Tramp Tehranı İran neft ixracını sıfıra endirməklə hədələyir

10:18 - 5.02.2025


5 fevral, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Tehrana maksimum təzyiq siyasəti çərçivəsində İranın neft ixracını dayandırmaq niyyətində olduğunu bildirib.

ABC.AZ xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda keçirilən mətbuat konfransında Tramp "İran neftinin ixracının sıfır olmasına" nail olmaq istədiyini vurğulayıb. O, həmçinin Tehrana qarşı sərt sanksiyalar tətbiq edəcəyinə söz verib.

Bundan əvvəl, Netanyahu ilə danışıqlardan öncə ABŞ prezidenti jurnalistlərin İran neftinin dünya bazarına çıxışını məhdudlaşdırmaq üçün tədbirlər görə biləcəyini soruşduqda Tramp cavab verib ki,"bunu etməyə hüququmuz var".