Ən çox satılan krossoverlərin siyahısı dərc edilib

09:56 - 4.02.2025


4 fevral, Fineko/abc.az. "Tesla Model Y" 2024-cü ildə dünyanın ən çox satılan krossoverləri və yolsuzluq avtomobilləri siyahısına başçılıq edir.

ABC.AZ xəbər verir ki, sözügedən siyahıda ikinci pillədə "Toyota RAV4" qərarlaşıb.

"Tesla Model Y" satışları əvvəlki illə müqayisədə 1,2% azalaraq 1,09 milyon təşkil edib. İkinci ən populyar krossover 1,02 milyon (+10,7%) satışla Toyota RAV4 olub.

Üçüncü yerdə 738 315 satışla (+4,2%) Honda CR-V qərarlaşıb. Bu model 2010-2015-ci illərdə seqment lideri idi. Dördüncü yerdə 609 122 ədəd (-2,8%) ilə Hyundai Tucson, beşinci yerdə 574,351 avtomobillə (+45,3%) 2 pillə yüksələn BYD Song qərarlaşıb.