Azərbaycana yanacaq mühərrikli minik avtomobillərinin idxalı 25 faiz azalıb

15:26 - 3.02.2025


3 fevral, Fineko/abc.az. 2024-cü ildə yanacaq mühərrikli minik avtomobillərinin idxalı əvvəlki ilin göstəricisi ilə müqayisədə 25 faiz azalaraq 53 min 210 ədəd, elektromobillərin idxalı isə 2,4 faiz azalaraq 3027 ədəd olub.

ABC.AZ xəbər verir ki, hibrid minik avtomobillərinin sayı isə 2023-cü ilin rəqəmləri ilə müqayisədə 29,6 faiz artaraq 15 min 815 ədədə çatıb.

Ən yüksək artım isə plug-in hibrid minik avtomobillərinin idxalında qeydə alınıb. 2023-cü ilin göstəricisi ilə müqayisədə 2024-cü ildə Azərbaycana 5,5 dəfə daha çox plug-in hibrid minik avtomobili gətirilib.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə ölkəyə 15 min 815 hibrid, 10 min 382 plug-in hibrid və 3027 elektromobil olmaqla 29 min 224 ekoloji təmiz minik avtomobili gətirilib.