Sığorta şirkətinin 180 manatlıq maşınları satışa çıxarıldı

16:55 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 13-də təşkil olunacaq hərraca avtomobillər çıxarılacaq.

ABC.AZ xəbər verir ki, hərraca Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus 41 ədəd avtomobil çıxarılacaq.

Avtomobillərin buraxılış ili 2003- 2019-cu illər aralığında dəyişir.

Hərracda start qiyməti isə 180 – 58 050 manat aralığında müəyyən edilib.