Paşinyan: “real Ermənistan” ideyası yeganə mümkün dövlət strategiyasıdır

15:21 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədləri Ermənistan SSR ilə uyğun gələn "real Ermənistan" ideologiyasını yeganə mümkün Dövlət Strategiyası adlandırıb.

"Mən belə bir nəticəyə gəldim ki," tarixi Ermənistan" ilə “həqiqi Ermənistan" arasında seçim edərkən biz, bu gün, sabah və həmişəlik Ermənistan Respublikası üçün “real Ermənistanı” Dövlət Strategiyası kimi qəbul etməliyik. Məhz bu qərar Ermənistanın dövlət uzunömürlülüyünü qorumaq üçün yeganə variantdır", - Paşinyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib.