İtaliyada Çinin “DeepSeek” çat-botu bloklandı

10:05 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. İtaliyanın məlumatların mühafizəsi təşkilatı Çinin “DeepSeek” çat-botunu bloklayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb səbəb kimi italyanların məlumatlarının qorunmaması göstərilir. Qeyd edək ki, yanvarın 30-dan tətbiq onlayn proqram mağazalarında mövcud deyil.

İtaliya tənzimləyicisi “Hangzhou DeepSeek Artificial Intelligence” və “Beijing DeepSeek Artificial Intelligence” ilə bağlı istifadəçi məlumatlarının emalının “dərhal” məhdudlaşdırılmasını əmr edib. Səlahiyyətlilər “DeepSeek”dən şəxsi məlumatların toplanması proseduru haqqında məlumat istəyib, lakin cavabı “qeyri-kafi” hesab edib.