Neft cüzi ucuzlaşır, Brent bir barelə $76,43 təşkil edir

09:35 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə axşamı hərracda aşağı düşür.

Saat 09:25-də ICE Futures birjasında Brent markalı neftin qiyməti $0,15 (0,20%) azalaraq bir barel üçün $76,43-a düşüb. 29 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,91 (1,17%) - bir barelə $76,58-a qədər ucuzlaşıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:25-də $0,03 (0,04%), bir barelə $72,59-a düşüb. 29 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $1,15 (1,56%) ucuzlaşaraq bir barel üçün $72,62-a düşüb.