Bu ölkə şist neftinin istehsalına başlamağı planlaşdırır      

11:53 - 28.01.2025


28 yanvar, Fineko/abc.az.Qazaxıstan 2025-ci ildə şist neft (çöküntü süxurlarından hasil edilən xam neft – red.) hasilatına başlamağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu Qazaxıstanın baş naziri Oljas Bektenov deyib.

“Bu il ilk Qazaxıstan şist neftinin hasil ediləcəyi gözlənilir. Bu, neft-qaz sənayesinə investisiyaların cəlb edilməsi üçün əlavə stimullar yaradacaq”, – Oljas Bektenov qeyd edib.