"Bitcoin"in qiyməti 100 min dolları keçdi 

10:08 - 28.01.2025


28 yanvar, Fineko/abc.az Bitcoin-in qiyməti $103,316.67 səviyyəsinə çatıb. ABC.AZ xəbər verir ki, sözügedən kriptovalyutada son 24 saatda 3.33% artım qeydə alınıb.

 Son 7 gündə isə kriptovalyutanın qiymətində 1.89% yüksəliş müşahidə olunub. Qeyd edək ki, son 30 gündə Bitcoin-in qiyməti 8.82% artıb, son 1 saatda isə 0.56% yüksəlib.

Hazırda Bitcoin-in ümumi bazar dəyəri $2.047 trilyon təşkil edir.