Müddətli unikal əmanətçilərin sayı 41 % artıb

14:03 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycan bank sektorunda müddətli unikal əmanətçilərin sayı 41 % artaraq 150,5 min nəfərə çatıb.

Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, bu, ötən dövrlərlə müqayisədə əhəmiyyətli bir irəliləyişdir.

“Artımın böyük hissəsi xırda məbləğli əmanətçilərin hesabına baş verib. Belə ki, yeni unikal əmanətçilərin 77,6 %-ni 30 000 manatadək məbləğdə əmanətləri olanlar təşkil edib. Bu tendensiya əhalinin banklara olan etimadının artdığını göstərir”, – Mərkəzi Bankdan bildirilib.