Ən çox rəqəmsal xidmətlər ixrac edən ölkələr – Siyahı

14:41 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məlumatına görə, 2023-cü ildə dünya ticarətinin həcmi 31,6 trilyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1,2% azdır.

Bununla belə, artıq 2024-cü ildə dünya ticarətinin həcmi 2,6% artıb, 2025-ci ildə isə 3,3% artım gözlənilir.

ABC.AZ xəbər verir ki, qlobal ticarət göstəricilərinin pisləşməsinə mal ticarətinin həcminin azalması təsir göstərib: 6%, 24 trilyon dollara qədər.

Eyni zamanda, bu azalma kommersiya xidmətləri sektorunda güclü artımla kompensasiya edilib: 9%, 7,5 trilyon dollara qədər.

Xüsusilə, beynəlxalq səyahətlərin bərpası və rəqəmsal formatda göstərilən xidmətlər seqmentində güclü artım sayəsində kommersiya xidmətləri ticarətinin həcmi artıb.

ÜTT-nin hesablamalarına görə, rəqəmsal xidmətlərin qlobal ixracı il ərzində 9% artaraq 4,3 trilyon dollara çatıb.

Rəqəmsal xidmətlər ixracının payı dünya mal və xidmətlərin ticarətinin ümumi həcminin 13,8%-ni təşkil edib.

ABŞ (649 mlrd. dollar)

Böyük Britaniya (438 mlrd. dollar)

İrlandiya (328 mlrd. dollar)

Hindistan (257 mlrd. dollar)

Almaniya (248 mlrd. dollar)

Çin (207 mlrd. dollar)

Niderland (194 mlrd. dollar)

Sinqapur (182 mlrd. dollar)

Fransa (170 mlrd. dollar)

Lüskemburq (122 mlrd. dollar)

Yaponiya (116 mlrd. dollar)

İsveçrə (111 mlrd. dollar)

Belçika (89 mlrd. dollar)

Kanada (80 mlrd. dollar)

İsveç (69 mlrd. dollar)

İspaniya (67 mlrd. dollar)

İsrail (63 mlrd. dollar)

Cənubi Koreya (62 mlrd. dollar)

İtaliya (61 mlrd. dollar)

BƏƏ (48 mlrd. dollar)