10:42 - 13.01.2025
13 yanvar, Fineko/abc.az. 2024-cü ildə Çin neft idxalını azaldıb, təbii qaz idxalını artırıb.
ABC.AZ xəbər verir ki, bu, Çin Baş Gömrük İdarəsinin məlumatlarından irəli gəlir.
Belə ki, Çin 553,415 milyon ton neft idxal edib. Azalma 1,9% təşkil edib. Satınalma 324,798 milyard dollara başa gəlib. Göstərici 2023-cü illə müqayisədə 3,9% azalıb. Həmçinin 2024-cü ilin dekabrında Çin 25,42 milyard dollarlıq 47,84 milyon ton neft idxal edib.
2024-cü ildə təbii qaz idxalı 131,69 milyon ton səviyyəsində qeydə alınıb, artım 9,9% təşkil edib. Dekabr ayında ölkə 11,55 milyon ton təbii qaz idxal edib.
Çinə kömür 542,69 milyon ton həcmində çatdırılıb, həcmi 14,4% artıb. Ayrıca, dekabr ayında ölkə 52,34 milyon ton kömür idxal edib.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026