SpaceX ilin əvvəlindən üçüncü buraxılışını həyata keçirib

14:27 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. Florida ştatındakı Kanaveral burnundakı Kennedi Kosmik Mərkəzinin 39 nömrəli platformasından start götürərək Falcon 9 raketi 21 ədəd Starlink v2 Mini peykini orbitə çıxarıb.

ABC.AZ xəbər verir ki, onlardan 13-ü Direct to Cell, yəni smartfonlara birbaşa qoşulma funksiyası ilə təchiz edilib.  Bu, Falcon 9 seriyalı raketin 436-cı uçuşu və SpaceX tərəfindən həyata keçirilən 420-ci buraxılış idi.