Bakıda bu ərazilərdə evlər bahalaşacaq

10:32 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. Ötən il Bakıda söküntülərin aparılması və torpaq sahələrinin azlığı paytaxtın mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb olub.

ABC.AZ xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, mənzil bazarında qıtlıq hökm sürür.

"Paytaxtda tələb təklifi çox üstələyir. Bu da qiymətlərə təsir edir. Paytaxtda ən çox mənzili ölkəmizdə yaşayan vətəndaşlarla yanaşı, Ukrayna, Rusiya və Belarusda yaşayan həmvətənlərimiz alır. Mənzillərini satmaq istəyənlər isə gözləmə vəziyyətindədirlər.

Belə ki, onlar mənzillərini daha baha satmaq istəyir. Hazırda köhnə tikili binalarda satışa çıxarılan mənzillərin sayı azdır. Sahəsi 150 kvadratmetrdən artıq olan mənzillər daha çox satışa çıxarılır. Bu da çoxlarının büdcəsinə uyğun gəlmir. Əsas tələbat 150 min manata qədər olan mənzillərədir. Belə mənzillər satışa çıxarılan kimi satılır", - o vurğulayıb.