12:21 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. Ötən ilin sonundan etibarən SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodunun (NEZ) illik emal gücü 13 mln. tona çatdırılıb.
ABC.AZ xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı “SOCAR Türkiye”nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Baş icraçı direktoru Elçin İbadov bildirib.
Onun sözlərinə görə, NEZ-in istehsalat gücünün artırılması nəticəsində STAR Türkiyənin ən iri neft emalı zavoduna çevrilib.
Elçin İbadov onu da qeyd edib ki, hazırda STAR Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının 18%-i qarşılayır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026