“Tesla” şirkəti dünyanın ən böyük avtomobil istehsalçısıdır

10:01 - 29.12.2024


29 dekabr, Fineko/abc.az. 2023-cü ildə avtomobillərin qlobal istehsalı pandemiyadan əvvəlki 2019-cu ilə nisbətən 2% artıb və 93.5 milyon ədədə çatıb.

ABC.AZ xəbər verir ki, Beynəlxalq Avtomobil İstehsalçıları Təşkilatının məlumatına görə, onların təxminən üçdə biri (32.2%) Çin istehsalıdır ki, bu da bazar payı 11.3% olan ikinci ən böyük istehsalçı ABŞ-dən təxminən üç dəfə çoxdur.

Çində avtomobil istehsalının həcmi daxili tələbatdan iki dəfə artıqdır ki, bu da avtomobillərin əhəmiyyətli hissəsini ixrac etməyə imkan verir.

Amerikanın “Tesla” şirkəti bazar kapitallaşmasına görə dünyanın ən böyük avtomobil istehsalçısıdır.