Meta süni zəka tərəfindən yaradılan istifadəçiləri sosial şəbəkələrinə daxil edəcək

09:59 - 28.12.2024


28 dekabr, Fineko/abc.az. ABŞ-ın Meta korporasiyası gənc auditoriyanı saxlamaq üçün növbəti illərdə sosial şəbəkələrinə yüz minlərlə süni intellekt tərəfindən yaradılan istifadəçi təqdim edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin generativ AI məhsulları üzrə vitse-prezidenti Konnor Heyz bildirib.

 "Zamanla bu AI hesablarının adi hesablarla eyni şəkildə platformalarımızda olacağını gözləyirik. Onların təsviri və profil şəkli olacaq, AI ilə məzmun yarada və platformada paylaşa biləcəklər", — deyə o bildirib.

Top menecer əlavə edib ki, korporasiya yaxın iki ildə məhsullarını daha çox "əyləncəli və cəlbedici" etməyə çalışır, o cümlədən istifadəçilərin AI ilə qarşılıqlı əlaqəsi sayəsində daha çox "ictimailəşməlidir".