10:31 - 25.12.2024
25 dekabr, Fineko/abc.az. Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys yerinə yetirilib.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.
Belə ki, 11 dekabr 2024-cü ildə məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib. Qurum yazılı sorğuya cavab olaraq bu uçuşun ilk olmadığını qeyd edib. Son beş il ərzində 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün İrəvandan Bakıya və əks istiqamətdə 66 dövlət reysi yerinə yetirilib. Eyni zamanda, İrəvan-Bakı-İrəvan marşrutu üzrə laynerlər iki trayektoriya ilə uçuşlar həyata keçirirlər.