15:33 - 24.12.2024
24 dekabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci il yanvar ayının 28-də eləcədə fevral ayının 03-07 tarixlərində pul hərracları keçiriləcək.
ABC.AZ xəbər verir ki, yanvar ayının 28-də saat 09:30-da baş tutacaq hərracda 31.05.1999-cu ildə təsis edilmiş Cəlilabad Şərab müəssisəsinin 41 246 ədəd səhmi satışa çıxarılacaq. Satışa çıxarılan səhmlərin nominal dəyəri və hərracda ilkin satış qiyməti 164 984 manat təşkil edir.
03-07 fevral tarixlərində saat 09:00-dan 18:00-dək keçiriləcək hərraca isə 4 müəssisənin səhmləri çıxarılacaq. Hərraca sayı 13 107 – 50 685 ədəd aralığında səhmlər çıxarılacaq, və səhmlərin nominaı dəyəri 2 – 4 manat müəyyən edilib.
Pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.