Vətəndaş "Meqa Sığorta"dan narazılıq edir - Hesablanmış pulu vermədilər

14:15 - 19.12.2024


19 dekabr, Fineko/abc.az. "Meqa Sığorta" avtomobilinə ziyan dəymiş vətəndaşın pulu vermir.

ABC.AZ xəbər verir ki, bunu "Müştəriyəm şikayətim var" qrupunda Tural Hüseyn adlı facebook istifadəçisi yazıb.

O paylaşımında qeyd edib ki, 3 aydan çoxdur ki, atasının maşını vurulub və 2800 manat zərər dəyib: "Biz ümumi olaraq 2800 manat zərər hesablamışıq, "Meqa Sığorta" isə bizə  1980 manat və ya avtomobili özlərinin servisində düzəltdirməyi təklif etdilər.  Məcbur qalıb, onların təklifi ilə razılaşıb, maşını Sultan servisə verdik və hələ də maşının işləri bitməyib. Avtomobilin salonu, şit hissəsi acınacaqlı durumdadı, p yeni kraskalanan yerlər yenə tökülüb. Maşında titrəmə əmələ gəlib". Vətəndaş avtomobili salona verərkən bu vəziyyətdə olmadığını, indi isə müəyyən nasazlıqlar yarandığını iddia edir. Avtomobilin sahibi avtomobillərinin düzəldilməsindən razı deyillər və şirkətlə bağlı hüquqi işlərə başlamaq niyyətindədilər.

Müəllif: Elmir Murad