16:12 - 4.09.2018
4 sentyabr, Fineko/abc.az. Azərbaycanın inşaat materialları istehsalçıları “KazBuild 2018” sərgisində iştirak edirlər.
Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, sentyabrın 4-də Qazaxıstanın Almatı şəhərində “Kazbuild 2018” inşaat və tikinti malları sərgisi açılıb.
“Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın 14 şirkətinin istehsal etdiyi tikinti materialları nümayiş olunur”, - məlumatda belə deyilir.
Qeyd edilməlidir ki, bu sərgi Azərbaycanın tikinti materiallarının “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim olunduğu ilk beynəlxalq sərgidir.
Sərgi sentyabrın 6-dək davam edəcək.