Mərkəzi Bank onların lisenziyasını müvəqqəti dayandırdı

17:28 - 17.12.2024


17 dekabr, Fineko/abc.az. Mərkəzi Bank 2 fiziki şəxsə sığorta agenti və 1 fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini 1 ay müddətinə dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyici qurumun məlumatında bildirilib. Məlumata görə, bu qərar dekabrın 16-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb.