14:25 - 5.12.2024
5 dekabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya şirkəti “Yokogawa Europe B.V.”nin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.
SOCAR-dan ABC.AZ-a bildirilib ki, görüş çərçivəsində SOCAR ilə “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum şirkətlər arasında mövcud əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026