Mərkəzi Bank sığorta agentinin lisenziyasının qüvvəsini bərpa edib

17:27 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. Mərkəzi Bank 1 fiziki şəxsə - Nəbiyev Səbuhi Zakir oğluna sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib. 

ABC.AZ tənzimləyici quruma istinadən xəbər verir ki, bununla bağlı qərar noyabrın 19-da "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.

Səbəb sığorta vasitəçisinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.