Azərbaycana kartof satışından 20 milyon dollar daxil olub

16:43 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 20,4 milyon dollarlıq 48,2 min ton kartof ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 10,5 milyon dollar və ya 34% azdır.

Bu il ümumi ixracının 0.09%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,73%-i kartofun payına düşüb.