10:56 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. Noyabrın 20-də “Ford” şirkəti rəsmiləri 2027-ci ilin sonuna qədər Avropada 4 min iş yerini ixtisar edəcəyini açıqlayıblar.
ABC.AZ xəbər verir ki, bu, avropalı işçilərin 14%-nə və ya bütövlükdə şirkət işçilərinin 2.3%-nə bərabərdir. İxtisarlar əsasən Almaniya (3 min iş yeri) və Böyük Britaniyaya (800) təsir edəcək. Şirkətdən ixtisarları uzunmüddətli rəqabət qabiliyyətinə nail olmaq istəkləri ilə əlaqələndiriblər.
Digər avtomobil istehsalçıları kimi, “Ford” da inflyasiya və iqtisadi qeyri-müəyyənlik, Çin şirkətlərinin artan rəqabəti və elektrik avtomobillərinin satışında çətinliklər fonunda avtomobillərə olan tələbatın azalması ilə üzləşir. 2024-cü ilin ilk doqquz ayında şirkətin Avropadakı satışları 17.9% azalıb.
Müəllif: Elmir Murad
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026