“Sinopec Corp” və “Saudi Aramco” neft emalı zavodlarının tikintisinə başladılar

16:21 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. “Sinopec Corp” və “Saudi Aramco” Çinin cənub-şərqindəki Fujian əyalətində Neft Emalı Zavodu və neft-kimya kompleksinin tikintisinə başladılar.

ABC.AZ xəbər verir ki, Zhangzhou şəhərindəki Gulei Sənaye Parkında yerləşən yeni müəssisəyə ildə 16 milyon ton (t/q) və ya gündə 320.000 barel neft emalı zavodu, 1.5 milyon t/q etilen zavodu, 2 milyon t/q paraksilol zavodu və 300.000 ton xam neft terminalı daxildir.