Azərbaycan sığorta bazarına daha bir xarici broker daxil olub

10:33 - 6.11.2024


6 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin “BMS Group Sigorta ve Reasürans Brokerliği” Anonim Şirkətini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 93-ə çatıb.