11:47 - 4.11.2024
4 noyabr, Fineko/abc.az. Türkiyədə illik inflyasiya yenidən azalıb.
ABC.AZ xəbər verir ki, cari ilin oktyabr ayında illik inflyasiya 48.58% təşkil edib. Sentyabr ayında bu rəqəm 49.38% təşkil etmişdi. Oktyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 2.88%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 39.77% artıb.
Qeyd edək ki, əvvəlki ilin oktyabr ayına nisbətən ən az artım göstərən əsas qrup 26.14%-lə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 93.66%-lə təhsil qiymətləri olub.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026