16:29 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. Çinin Deep Blue Aerospace şirkəti 2027-ci ildə kosmosa turist uçuşu üçün iki bilet satıb.
ABC.AZ xəbər verir ki, kosmik gəmidə 12 dəqiqəlik səyahət üçün 1 milyon yuan (təxminən 12 min dollar) dəyərində biletlər "dərhal" satılıb. Onların satın alındığı verilişi Taobao ticarət platformasında təxminən 3 milyon insan izləyib. Bu, ilk dəfədir ki, Çin şirkəti kosmosa uçuş biletlərini ictimaiyyətə təqdim edir.
Kosmik gəminin altı sərnişini 100-dən150 km qədər hündürlüyə qaldıracağı, orada təxminən 12 dəqiqə çəkisizlikdə qalacaqları bildirilir.
Deep Blue Aerospace, Pekinin iddialı planlarını həyata keçirmək üçün kosmik raketlər hazırlayan Çin ticarət kosmik şirkətlərinin, o cümlədən Amerikanın SpaceX Starlink firması ilə rəqabət aparacaq peyk qruplarının yaradılması üçün avanqarda daxildir.
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026