Azərbaycan bankları kredit faizlərindən böyük pullar qazanır

17:19 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. 2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 232,7 milyon manat olub.

ABC.AZ xəbər verir ki, həmin göstərici sentyabrın 1-i ilə müqayisədə 183,9 milyon manat və ya 9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 329,6 milyon manat və ya 17,3% çoxdur.

Belə ki, 2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 903,1 milyon manat olub.

Bu ilin 1 sentyabr vəziyyətinə bu göstərici 2 milyard 48,8 milyon manat təşkil edib.