16:32 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. “WhatsApp”, istifadəçilərinə yepyeni bir təcrübə təqdim etməyə hazırlaşır.
ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, “Instagram Stories”in ən populyar xüsusiyyətlərindən biri olan musiqi paylaşımı tezliklə “WhatsApp Status” yeniləmələrində yerini alacaq.
“WABetaInfo”nun “Android” üçün yayımlanan “WhatsApp”ın 2.24.22.11 beta versiyasında kəşf etdiyi bu xüsusiyyət ilə status yeniləmələrinə musiqi əlavə etmə xüsusiyyəti çox yaxında gəlir.
Bu yeni funksiya sayəsində istifadəçilər status paylaşma ekranında görünəcək “Musiqi” düyməsi vasitəsilə istədikləri mahnıları axtarıb öz postlarına əlavə edə biləcəklər.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026