15:28 - 18.10.2024
18 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5.1 faiz artaraq 2024-cü il oktyabrın 1-i vəziyyətinə 208 584 olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 9 ayında 931 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 30-u isə ləğv edilib.
01.10.2024-cü il vəziyyətinə statistik vahidlərin sayı isə xarici müəssisələrin sayı 19 175 təşkil edib.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılmış statistik vahidlərin 99.2 faizi xüsusi mülkiyyətli (o cümlədən 8.9 faizi tam xarici investisiyalı, 1.6 faizi birgə mülkiyyətli) müəssisələrin payına düşür.