Azərbaycanda noutbuk istehsalı bu qədər artıb

10:47 - 16.10.2024


16 oktyabr, Fineko/abc.az. Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 191.6 milyon manatlıq məhsul istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 42.9%, elektrik avadanlıqlarının istehsalı isə 34.1% artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 3.2 dəfə, güc transformatorlarının istehsalı 78.9%, ölçmə cihazlarının istehsalı isə 26.8% artıb.