14:46 - 15.10.2024
15 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank "Ziraat Bank Azərbaycan" ASC-yə və "Gatevay Management Azərbaycan" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziyalar verib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycanda sığorta agenti kimi fəaliyyət göstərən hüquqi şəxslərin sayı 55-ə çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır.
"Gatevay Management Azərbaycan" isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. (Report)
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026