11:23 - 15.10.2024
15 oktyabr, Fineko/abc.az. “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib.
ABC.AZ “Azərkosmos”a istinadla xəbər verir ki, qərar bu gün Milan Konqresində Federasiyanın Baş Assambleyasının iclasında qəbul edilib.
İclasda müzakirələrdən sonra Beynəlxalq Astronavtika Federasiyasının bürosu və komitə üzvləri Saməddin Əsədovun namizədliyini dəstəkləyiblər.
Bu təyinat ölkəmizin regional və beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir. Ölkəmiz üçün yüksək nailiyyət sayılan bu təyinat Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların davamıdır.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026