Nazir: İlin sonuna qədər Azərbaycanda internetin orta sürəti 80 Mbps-i ötəcək

16:08 - 10.10.2024


10 oktyabr, Fineko/abc.az. İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-i ötəcəyini düşünürük.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, iki il əvvəl "Online Azərbaycan" layihəsinə başlananda ölkənin ən ucqar nöqtələrində fiber optik xətlərin çəkilməsi hədəflənib:

"Layihəyə başladıqda Azərbaycanda internetin orta sürəti təxminən 12 Mbps ətrafında idi. Ancaq bu ilin avqust ayında bu sürət 50 Mbps-ni ötüb. Biz layihəyə başladıqda 25 Mbps-nin kifayət edəcəyini düşünürdük".