Azərbaycanda həyat sığortasında vəziyyət necədir?

11:22 - 10.10.2024


10 oktyabr, Fineko/abc.az. Azərbaycanda həyat sığortası üzrə ödənişlərin artması zərərlilik əmsalı yüksəlməyə başlayıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sığortaçılar 2024-cü ilin ilk səkkiz ayında həyatın yaşam sığortası üzrə 417.5 milyon manatlıq sığorta haqları yığımı əldə etdikləri halda, 329 milyon manatlıq ödənişlər ediblər.

Bu da illik müqayisədə həyatın yaşam sığortasında premyaları 17%, ödənişlər isə 70% yüksəlib.

Nəticədə, həyatın yaşam sığortası üzrə zərərlilik nisbəti 2023-cü ildə 54% olduğu halda, cari ilin ilk səkkiz ayında 79%-ə qədər yüksəliblər.