“Bakı Sığorta” ASC bağlanır?

15:16 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank (AMB) “Bakı Sığorta” ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir. 

Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.