Yığımları ən çox azalan və artan sığorta şirkətləri - Siyahı

15:45 - 25.09.2024


25 sentyabr, Fineko/abc.az. 2023-cü ilin eyni ayları ilə müqayisədə 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın 17 sığorta şirkətindən 6-nin sığorta haqları azalıb, 11-nin isə artıb. 

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yığımları ən çox artan “Meqa Həyat Sığorta ”, "Qala Sığorta", "PaşaSığorta və "PaşaHəyat Sığortadır.

Yığımları ən çox azalan isə “İpək Yolu Sığorta”, "Bakısığorta", "A Qrup Sığorta" və "Aqrar Sığorta" şirkətidir.