11:13 - 25.09.2024
25 sentyabr, Fineko/abc.az. Körfəz ölkələrindən və eləcə də Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana pul köçürmələrin həcmi cari ilin ilk yarısında öncəki illə müqayisədə 5 faiz artıb.
ABC.AZ Mərkəz Banka istinadla xəbər verir ki, BƏƏ-dən Azərbaycandakı fiziki şəxslərə 2024-cü ilin ilk altı ayında 15.08 milyon ABŞ dolları pul baratları köçürülüb.
Bu 2023-cü ilin eyni dövründə 14.36 milyon dollar idi.
Səudiyyə Ərəbistanından pul köçürmələr illik müqayisədə 23 faiz artaraq 9.37 milyon dolları, Qətərdən isə 31 faiz artaraq 5.16 milyon dolları keçərkən, Küveytdən isə 5 faiz azalaraq 1.61 milyon dollara düşüb.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026