12:06 - 24.08.2018
24 avqust, Fineko/abc.az. “Kavminkurortresursı” (KMKR) dövlət şirkətinin törəmə müəssisəsi olan “Аkva Holdinq” şirkəti Azərbaycana mineral suların tədarükünə başladı.
KMKR-in mətbuat xidməti xəbər verir ki, Rusiya müəssisəsi Azərbaycana “Yessentuki 4” və “Yessentuki 17” sularının tədarük edilməsi haqqında müqavilə bağlayıb.
“Аkva Holdinq” ilə Azərbaycanın “FL Trans” şirkəti arasında bağlanan müqaviləyə əsasən, Qafqaz Mineral Sularında hasil olunan və qablaşdırılan mineral sular tədarük olunacaq. Müqavilə çərçivəsində Azərbaycana artıq 48 min şüşə mineral su göndərilib. Tərəflər əməkdaşlığı genişləndirməyi və tədarük həcmlərini artırmağı planlaşdırırlar. Ölkəyə ixrac edilməsi üçün, mineral sular rus və Azərbaycan dillərində olan xüsusi etiketlə buraxılacaq”, - məlumatda belə deyilir.